Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda oğurluq edən 3 nəfər saxlanılıb

11 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda oğurluq edən 3 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini A.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobildən 40 manat pul oğurlayan paytaxt sakini V.Hacıyev saxlanılıb.

 
Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən və 1 avtomobildən məişət əşyaları və akkumulyator oğurlayan Bakı şəhər sakini Z.Rzayev saxlanılıb.

Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 nəfərə məxsus velosipedləri, habelə 1 həyətyanı sahədən
su nasosunu oğurlayan Bakı şəhər sakini Ə.Kərimov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb. 

Oxşar xəbərlər
OTACI