Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Haşoqqinin ölümündən bir neçə dəqiqə əvvəl ŞOK dialoqu - KİV-də ilk dəfə yayılır

11 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı (Haşoqqi) ilə qatilləri arasında baş tutan dialoqun məzmunu açıqlanıb.
  

Press.az xəbər verir ki, bu barədə Türkiyənin "Daily Sabah" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, səudiyyəli jurnalistlə dialoq zamanı özünü İnterpolun əməkdaşı kimi təqdim edən 3 səudiyyəli olub. 

Qısa dialoqdan aydın olur ki, camal Haşoqqinin ölüdürülməsi əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olub. Jurnalistin qətlini təşkil etmək üçün şahzadə bin Salman tərəfindən 15 nəfərlik əməliyyat qrupu təşkil edilib. 

Dialoqda Səudiyyənin təhlükəsizlik xidmətinin rəsmisi Maher Əbdüləziz Mutrəb, doktor Salah Məhəmməd əl-Tubeyqi və naməlum digər şəxsin Camal Haşoqqi ilə danışıqları öz əksini tapıb. 

Haşoqqinin gəlişindən əvvəl Murtəb əl-Tubeyqidən soruşur ki, cəsədi çantaya qoymaq mümkündürmü? Doktor cavabında deyir ki, o böyükdür, hündürdür və çəkisi ağırdır. "Əslində, mən cəsədlərlə uzun müddətdir çalışıram. Mən kəsməyi çox yaxşı bacarıram. Hərçənd mən isti cəsəd üzərində heç vaxt işləməmişdim, amma bunu bacararam. Adətən mən qulaqcıqları taxıram və musiqi dinləyirəm".

Bu dialoqdan sonra Haşoqqi konsulluğa daxil olur. O, konsulluq ərazisində tanış sima görür. Bu, onun reaksiyasından da görünür. Ona deyilir ki, baş konsul Məhəmməd əl-Otaibi iş başındadır. 
 
Bundan sonra Haşoqqi konsulun ikinci mərtəbədəki kabinetinə nəzakətlə dəvət edirlər. Jurnalist nədənsə şübhələnməyə başlayanda onu zorla salırlar. Otaqda onu 3 nəfər qarşılayır. 

Mutrəb, doktor Salah Məhəmməd əl-Tubeyqi 
 
Mutrəb: Öz oğlunuz üçün mesaj qoyun.
 
Haşoqqi: Ona nə deyim?
 
Mutrəb: Gəlin düşünək, nəsə yazın. Sonra bizə göstərin.
 
Haşoqqi: Mən nə deməliyəm? Tezliklə görüşərik?
 
3-cü şəxs: Qurtar daha!
 
Mutrəb: Siz, "Mən İstanbuldayam. Əgər mənimlə əlaqə saxlaya bilməsən, narahat olma" buna oxşar nəsə yazın.
 
Haşoqqi: Mən oğurlandığımı deməməliyəm?
 
3-cü şəxs: Pencəyini çıxart!
 
Haşoqqi: Konsulluqda bu necə ola bilər? Mən indi heç nə yazmıram.
 
3-cü şəxs: Saxla!
 
Haşoqqi: Mən heç nə yazmıram
 
Mutrəb: Cənab Camal, məlumat yazın. Tələsin. Bizə kömək edin ki, biz də sizə kömək edə bilək. Çünki sizi Səudiyyə Ərəbistanına geri apararıq. Əgər kömək etməsəniz, onda baş verəcəkləri görəcəksiniz. 

Haşoqqi: Dəsmal buradadır. Siz məni yatızdıracaqsınız?
 
Əl-Tubeyqi: Biz sadəcə sizi yatızdrıacağıq.
 
Görünür, bundan sonra jurnalistə preparatlar vurulur və o, ağzının bağlanmamasını istəyir. 

Xatırladaq ki, Səudiyyə rəhbərliyi və xüsusən vəliəhd şahzadə bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Haşoqqi 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Sonradan onun diplomatik missiyanın binasında qətlə yetirildiyi məlum olub. KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Haşoqqi qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Haşoqqinin ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

Türkiyə Baş Prokurorluğu Haşoqqinin qətli ilə bağlı Səudiyyə Ərəbistanının iki yüksəkçinli dövlət rəsmisi barəsində həbs qərarı çıxıb. Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu Səudiyyənin Kəşfiyyat İdarəsinin rəhbər müavini Əhməd Əsiri və şahzadə bin Salmanın keçmiş müşaviri Səud əl-Kəhtani barəsində həbs qərarı verib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr isə Ankaranın ekstradisiya barədə sorğusuna baxmayaraq müxalif jurnalist Camal Haşoqqini qətlə yetirməkdə şübhəli bilinənələri verməyəcəklərini bildirib.

Oxşar xəbərlər
OTACI