Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda sürücülər bir-birinin üzünə baxıb qəza törədir - REAL VİDEO

11 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda yol ayrıcının keçilməsi qaydalarının pozulmasına görə baş verən qəzalar kameraya düşüb.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, ilk qəza Şərifzadə küçəsində, Asan Xidmətin yaxınlığında baş verib. “VAZ 21 07” markalı avttomobil baş yol ilə hərəkət edir. Bu zaman əks istiqamətdən gələrək sola dönmək istəyən “Opel” markalı avtomobil onun qarşısına çıxır. Nəticədə toqquşma baş verir.

İkinci hadisə Azadlıq prospekti ilə Bakıxanov prospektinin kəsişməsində baş verib. Taksi sürücüsü Bakıxanov prospekti ilə hərəkət edir. Bu zaman işıqforun qadağanedici nişanında keçən avtomobil ilə toqquşur. Toqquşma nəticəsində taksinin ön hissəsi əzilir. Digər avtomobil isə zərbənin gücündən aşır.

Üçüncü hadisə Əhməd Rəcəbli küçəsində baş verib. Kəsişmədə sağa dönən BMW markalı avtomobili buraxmayan “Mercedes Viano” markalı avtomobil ona çırpılır. Görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
OTACI