Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bulvarda dənizə düşən şəxs xilas edilib

10 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda bir nəfər bulvarda dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Press.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

Oxşar xəbərlər
OTACI