Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sulutəpədə qaz kəsildi, nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

10 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində avtomobilin zədələdiyi qaz xəttinin təmirinə başlanılıb.

Bu barədə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır: "Təxminən yarım saata qaz xətti tam bərpa ediləcək, ərazidə işlər yekunlaşacaq. Ətraf ərazidəki abonentlərə 1 saat ərzində təbii qazın verilməsi bərpa ediləcək". .

Xatırladaq ki, bu gün günorta saatlarında avtomobilin qaz xəttini zədələməsi nəticəsində əraziyə təbii qazın verilməsi dayandırılıb. Nəticədə Sulutəpə qəsəbəsində 1 500 abonentin qaz təminatı dayandırılıb.

Qeyd edək ki, bu gün təmir işləri ilə əlaqədar Sabunçu rayonunu bəzi ərazilərində də qaz verilişi dayandırılıb.

Oxşar xəbərlər
OTACI