Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı daşıyıcılar və sürücülərlə görüş keçirilib

10 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımı tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması ilə bağlı Lənkəran Şəhərlərarası Avtovağzal MMC-nin inzibati binasında sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, görüşdə BDYPİ-nin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov istər şəhərlərarası, istərsə də şəhərdaxili sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları Yol Hərəkəti Qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumatlar verib. Bütün bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərədə tutulduğu diqqətə çatdırıb. Yol hərəkəti qaydalarının pozulması, xüsusilə sürət həddinin aşılması nəticəsində baş verə biləck xoşagəlməz, bədbəxt hadisələrin mümkünlüyü sürücülərə ətraflı şəkildə, faktlar sadalanmaqla izah edilib. Görüş zamanı sürücülərin ünvanladığı suallar da ətraflı şəkildə cavablandırılıb.

Oxşar xəbərlər
OTACI