Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edib

09 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə və Rusiyanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub.

Press.az TASS-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Suriyadakı vəziyyət Astana formatı ölkələrinin (Türkiyə, İran, Rusiya) zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub.

Həmçinin Suriyadakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 nömrəli qətnamə, habelə Rusiya ilə Türkiyə prezidentləri arasında avqustun 27-də əldə olunmuş razılaşma çərçivəsində həll olunması prosesinin gedişatı müzakirə olunub. Hər iki tərəf Suriyada Konstitusiya Komitəsinin tezliklə yaradılaraq fəaliyyətə başlaması məramına sadiq olduqlarını təsdiqləyiblər.

Oxşar xəbərlər
OTACI