Əfsanəvi futbolçu Dieqo Maradonanın yeni iş yeri müəyyənləşib.
Press.az xəbər verir ki, veteran futbolçu Argentinanın "Gimnasiya" futbol klubunun baş məşqçisi təyin edilib. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.
"Gimnasiya” hazırda Argentina Superliqasında sonuncu - 24-cü sırada qərarlaşıb.
Qeyd edək ki, argentinalı mütəxəssisin son iş yeri Meksikanın 2-ci liqasında çıxış edən "Dorados” klubu olub.