Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

WAKO – Avropa çempionatında polis övladları qaliblər arasnda - FOTO

06 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu yaxınlarda Macarıstanın Györ şəhərində gənclər və yeniyetmələr arasında kikboksinq üzrə WAKO – Avropa çempionatı keçirilib. Qitənin 39 ölkəsindən 2 mindən artıq idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirmələri üçün də uğurlu olub. Belə ki, onlar ümumilikdə millimizin medal mücrüsünə 6 mükafat əlavə ediblər.

Təmsilçilərimizdən Məhəmməd İmanov, Əkbər Əsədov, Elnur Mustafayev qızıl, Rüstəm Alışov, Xəyal Dadaşov qızların mübarizəsində isə Mohandes Turan bürünc medal qazanıblar.

Qalibləri qəbul edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, qaliblər arasında polis əməkdaşlarının övladları da var. Asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayananan polis əməkdaşlarının övladlarının həm də savadlı, vətənpərvər, o cümlədən idman arenalarında ölkəmizi layiqincə təmsil edənlər sırasında görmək çox sevindirici haldır. O, hər bir uğurun ölkəmizin idman ictimaiyyəti üçün dəyərli olduğunu diqqətə çatdırıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI