Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölüm xəbəri yayılan Cavan Zeynallı qəzəbləndi: Biabırçılıqdır

04 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq artisti, caz ustadı Cavan Zeynallının ölüm xəbəri yayılıb. Sosial şəbəkə istifadəçiləri sənətkarın dünyasını dəyişdiyini yazıblar.

Press.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı C.Zeynallı ilə əlaqə saxlayıb.

Cazmen haqqında yayılan xoşagəlməz xəbərin dezinformasiya olduğunu deyib:

"Dünən gecədən səhərə kimi telefonlarım susmayıb. Hamı mənə zəng vurub deyir ki, Cavan müəllim, hər şey qaydasındadır, səhhətiniz yaxşıdır? Bu, ucuz sensasiyadan başqa bir şey deyil. Biabrçılıqdır. İllər öncə mənim başıma eyni hadisəni gətirmişdilər. Şəklimi internetdə yayıb yazmışdılar ki, Cavan rəhmətə gedib. Mən heç bilmirəm bu kimi xəbərləri yayanlar kimlərdir... Belə şey etmək olmaz. Hamı narahatlıq keçirir".

Oxşar xəbərlər
OTACI