Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyaca məşhur döyüş ustası Bakıda - FOTO

03 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyaca məşhur fransız aktyoru, kaskadyor və döyüş ustası Siril Raffaelli Türkiyə və Hindistanın birgə istehsalı olan döyüş filmində çəkilmək üçün Bakıya gəlib. Məşhurun paytaxta gəlişindən isə heç kəs xəbər tutmayıb.

Şəhərimizə gizlincə gələn məşhurun fotosunu Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov şəxsi "Facebook" hesabında paylaşıb. Yaroslav Siril ilə birlikdə yayımladığı fotoya "Siril Rafaelli. Bizə döyüş fəndlərini öyrətmək üçün gəlib" şərhini yazıb.

Məşhur ulduzun iştirakı ilə çəkilən filmin detalları barədə məlumat əldə etmək üçün Oxu.Az-ın əməkdaşı sözügedən filmdə rol alan Yaroslav Trifonovla əlaqə saxlayıb. O, filmin bir neçə hissəsinin Bakıda çəkildiyi bildirib.

"Bizə film haqqında danışmaq yasaq olunub. Sadəcə onu vurğulaya bilərəm ki, mən həmin filmdə rus mafiozunun cangüdənini canlandırmışam. Filmi Türkiyə və Hindistan birgə çəkir,  bizim azərbaycanlı komandamız da onlara kömək edir. Mənim Siril ilə uzun söhbətim olmayıb. Sadəcə, yadigar foto çəkdirdik. O, hələ Bakıdadır. Sabah Rafaelli komanda ilə birlikdə Fəvvarələr meydanında filmin digər hissələrini çəkəcək. Növbəti gün isə ölkəni tərk edəcəklər. Ərsəyə gələn ekran işi döyüş səhnələri ilə boldur".

 

Oxu.az

Oxşar xəbərlər
OTACI