logo
First slide

Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

25 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba yolunun 110-cu kilometrliyində Şabran rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə, avtomobillərdə olan 1959-cu il təvəllüdlü Ələm Bəhman oğlu Azayev, 1959-cu il təvəllüdlü İlham Gülümbala oğlu Gülmirzəyev və 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı müxtəlif dərəcəli bədən xəsarətlərilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.

Onların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər