logo
First slide

YPX əməkdaşları yanan avtomobili söndürdü - VİDEO - FOTO

23 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün paytaxtın Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində (Madonna restoranının yanında) avtomobilin yanma hadisəsi qeydə alınıb.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, avtomobildə olan nasalığa görə alışma baş verib. Hadisə şahidlərinin sözlərinə görə alışma avtomobilin yük yeri hissəsində yerləşən akkumlyatordan başlayıb.
Hadisə yerinə gələn 99-YP-386 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajları, patrul avtomobilində olan ödsündürənlə yanğının qarşısını alıb. YPX əməkdaşları yanğını söndürdükdən sonra əraziyə yanğından mühafizə xidmətinin əməkdaşları gəlib.

Operativ şəkildə yanğının qarşısını alan həmin YPX əməkdaşlarına Avtosfer.az saytı adından təşəkkürümüzü bildiririk.

Digər avtomobildəki kameraya düşən həmin görüntüləri sizə təqdim edirik.

Oxşar xəbərlər