Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan Putinlə İdlibdəki vəziyyətdən danışdı: "Türkiyəyə çox ciddi təhdiddir"

23 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Suriyanın İdlib bölgəsindəki hücumlar Türkiyənin milli təhlükəsizliyinə çox ciddi təhdid törədir.

Hürriyet xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə apardığı telefon danışığı zamanı deyib.

Prezidentlər telefon söhbətində Suriya və Liviyadakı hadisələri, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.

R.T.Ərdoğan bildirib ki, Suriya rejiminin İdlibdə atəşkəs rejimini pozması və hücumları böyük humanitar böhran yaradıb.

Onun sözlərinə görə, bu hücumlar Suriyada münaqişənin nizamlanması səylərinə zərər verir və Türkiyənin milli təhlükəsizliyi baxımından çox ciddi təhdidə çevrilib.

Oxşar xəbərlər
OTACI