Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fərid Şəfiyev: "Ermənistanın təxribatı Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu açıq göstərir"

23 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ermənistanın təxribatı Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu açıq göstərir". 

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri (BMTM) Fərid Şəfiyev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ölgəsindəki qanunsuz rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib. 

"Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatına dair qoşma ilə birlikdə Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı məktubla bağlı qeyd etmək lazımdır ki, BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşündüyü informasiyaları digər üzv ölkələrin və təşkilatın Katibliyinin nəzərinə çatdırmaq məqsədi ilə sənəd yaymaq hüququna malikdir. BMT-yə üzv ölkənin daimi nümayəndəliyi adından belə müraciət beynəlxalq sülh və təhlükəsizlik, ticarət, inkişaf və digər məsələləri özündə əks etdirə bilər. Məktubun məzmunu üzv dövlətin məsuliyyətindədir. Hətta indiyə kimi BMT-nin sənədi kimi daimi nümayəndəliklərin şeir yayması halları da baş verib. Katiblik də, öz növbəsində, BMT-yə üzv ölkələrin daimi nümayəndəlikləri tərəfindən təqdim olunmuş sənədləri yaymaq öhdəliyi daşıyır. Sənədlər təşkilatın müvafiq loqosu və Təhlüksizlik Şurasının, Baş Assambleyanın və BMT-nin digər orqanlarının növbəti sessiyalarının gündəlik maddələri çərçivəsində yayımlanır. Gündəlik maddəsi məktubun müəllifi, daha dəqiq desək, üzv ölkənin daimi nümayəndəliyi tərəfindən müəyyən olunur", - o deyib.

F.Şəfiyev vurğulayıb ki, tez-tez üzv ölkələrin bu hüquqdan sui-istifadə etməsi və BMT-nin Nizamnaməsinə zidd sənədlər yayması hallarına da rast gəlinir: "O cümlədən Ermənistanın öz adından qondarma “DQR”ə aid məktub yollaması ilk dəfə deyil. Hər halda məktubun müəllifi təşkilatın rəsmi üzvü, bu halda isə Ermənistandır. Ermənistan KİV-də qondarma “DQR”in sənədi adlandırdıqları bu məktubun BMT-nin sənədi kimi yayılmasına dair məlumatlar həqiqəti əks etdirmir. BMT qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır və təşkilatın Katibliyi qaydalara uyğun olaraq Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin məktubunu yayıb və bu da onun rəsmi statusudur. Məktubun mahiyyətinə gəldikdə isə buna belə qısa şərh verərdim. Ermənistanın yerli azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə törətdiyi və BMT TŞ-nin müvafiq qətnamələri və BMT-nin Nimzanaməsinin pozulmasına yönəlik fəaliyyət həyata keçirdiyi işğal olunmuş torpaqlarla bağlı hansı dayanıqlı inkişaf, demokratiya və humanitar məqsədlərdən danışmaq olar?"

Mərkəzin sədri Azərbaycanın da, öz növbəsində, müvafiq məktub yaymağa hazırlaşdığını söyləyib: "Ermənistan Daimi Nümayəndəliyinin bu təxribatı beynəxlaq səviyyədə tanınmış Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu bir daha açıq şəkildə göstərir".

Report

Oxşar xəbərlər
OTACI