Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illlik yubileyi ilə əlaqədar tədbir təşkil edilib

23 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

22 avqust 2019-cu il tarixdə bir sıra Qarabağ müharibəsi veteranlarının və bloggerlərin müraciəti əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illlik yubileyi ilə əlaqədar onların Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun-larının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfəri təşkil olun-muşdur.

Press.az xəbər verir ki, səfər çərçivəsində Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində yaradılmış sərhəd müdafiə və mühafizə infrastrukturu, sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və istirahət şəraiti ilə yaxından tanış olunmuş, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik və arzular şəxsi heyətə çatdırmışlar.

Müharibə veteranlarına və sosial media nümayəndələrinə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının yerli bölmələri ilə Müdafiə Nazirliyinin hərbi hissə və bölmələri arasında yüksək səviyyəli qarşılıqlı əlaqə, yerli icra hakimiyyəti və bələdiyyə orqanları ilə sərhədçilər arasında sıx əməkdaşlıq münasibətləri barədə geniş məlumat verilmiş, “Sərhədi bütün xalq qoruyur” ifadəsinin gerçəkləşdirilməsi üzrə görülən işlərlə tanış edilmişlər.

Oxşar xəbərlər
OTACI