Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulur

22 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair daha bir görüşünün hazırlıq işləri görülür.

Press.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə bildirib.

Yeni görüşün vaxtı və formatı açıqlanmır.

“Danışıqlar prosesi davam edir, belə ki, yeni-yeni görüşlər mümkündür”, - deyə ermənistanlı nazir qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında son görüş iyun ayında Vaşinqtonda keçirilmişdi.

Oxşar xəbərlər
OTACI