Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq

21 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yasamal qəbiristanlığındakı məzarlar haqqında sistemli məlumatların yerləşdirildiyi sayt yaradıla bilər.

Bu barədə Yasamal Bələdiyyəsindən məlumat verilib.

Qeyd olunub ki, yəhudi icmaları bununla bağlı danışıq aparmaq üçün müraciət ediblər:

"Onlarla danışıqlar zamanı belə bir fikir ortaya çıxdı ki, Yasamal qəbiristanlığındakı yəhudi qəbirlərinin şəkilləri çəkilsin və müvafiq saytda yerləşdirilsin. Məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək".

Bələdiyyədən bildirilib ki, azərbaycanlıların məzarları ilə də bağlı məlumatlar toplanaraq bənzər sistem yaradıla bilər:

"Gələcəkdə belə bir sistemin gerçəkləşməsi mümkün ola bilər. Qəbirlər dövlət reyestrinə salınacaq. Lakin biz məzar daşını, şəkli deyil, sadəcə, mərhum haqqındakı məlumatları (ad, soyad, doğum və ölüm tarixi) sistemli şəkildə sayta yerləşdirə bilərik".

Oxu.az

Oxşar xəbərlər
OTACI