Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nəsimi rayonunda oğurluq edən 2 nəfər saxlanılıb

21 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəsimi rayonunda oğurluq edən 2 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da rayon ərazisindəki mağazadan 480 manat pul və mobil telefon oğurlayan Sabirabad rayon sakini T.Hüseynova saxlanılıb.

Bundan başqa, 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən aprelin 19-da rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhimov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Oxşar xəbərlər
OTACI