Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb - YENİLƏNİB

21 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabul rayonunun Nəvahi kəndində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. 

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılmas nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***08:05

Hacıqabulda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə səhər saatlarında rayonun Nəvahi kəndində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Hadisə zamanı “Mercedes”də olan sərnişinlərdən 1-i ölüb, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI