Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib

20 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı ilk gündən pilotun nəşi və təyyarənin qalıqlarının axtarışlarında fəal iştirak edən aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü bildirib.

Press.az-ın xəbərinə görə, axtarış əməliyyatlarına Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ilə birgə Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları və katerləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Vaqif Cəfərov” kran, “Nefteqaz-58” təchizat-yedək, “Məmməd Süleymanov” elmi-tədqiqat gəmilərinin heyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dalğıcları cəlb olunmuşdular.

Oxşar xəbərlər
OTACI