Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı Şəhər Baş Polis İdarəsinin "Facebook" səhifəsi fəaliyyətə başlayıb

19 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) "Facebook" səhifəsi fəaliyyətə başlayıb. 

Press.az-ın məlumatına görə, məqsəd BŞBPİ-nin, eləcə də tabeli polis orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını, həmçinin ictimaiyyəti maraqlandıran suallara, problemlərə və təkliflərə çevik reaksiya göstərilməsini təmin etməkdir. 

Səhifənin yaradılması ilə paytaxt polisinin fəaliyyətinə dair informasiya təminatı sahəsində boşluqların aradan qaldırılması, polislə cəmiyyət arasında birbaşa əlaqə qurulması, eyni zamanda paytaxt polisinin fəaliyyətinə dair əhalinin gerçək rəy və münasibətlərinin öyrənilərək problemlərin həlli üçün aidiyyəti strukturlara çevik yönləndirmənin təmin edilməsi nəzərdə tutulur. 

Oxşar xəbərlər
OTACI