Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı metrosunun əsas stansiyaların birində 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təxminən 3 aydır Bakı metrosunun “28 May” stansiyasında istifadəsi dayandırılan eskalatora baxış və onun yoxlanması işləri tamamlanıb. 

Bu barədə Press.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, eskalatorlara baxışı istehsalçı şirkət özü həyata keçirib: “Eskalatorlar Almaniyanın “ThyssenKrupp AG” şirkəti tərəfindən təmin edilib. Əvvəldən əldə edilmiş razılaşmaya görə, onlar istədikləri zaman eskalatorların vəziyyətini təftiş edə bilər və “Bakı Metropoliteni” buna şərait yaratmalıdır. Yəni bu təmir deyil, istehsalçının təftişidir. Artıq eskalatorda işlər bitib”.

Metropoliten rəsmisi eskalatorların növbəli şəkildə fəaliyyət göstərdiyini və ehtiyac olacağı təqdirdə eyni vaxtda istifadəyə verilə biləcəyini qeyd edib.

Xatırladaq ki, təftişə dayandırılan eskalator metronun “28 May” stansiyasının 2015-ci ilin mayın 5-də təmirdən sonra yenidən istismara verilən köhnə çıxışında quraşdırılıb.

Oxşar xəbərlər
OTACI