Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xınalıqda Yaradıcı Mədəniyyət Mərkəzi yaradılır

16 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xınalıq Mədəniyyət Evinin yerində xüsusi Yaradıcı Mədəniyyət Mərkəzinin yaradılması nəzərdə tutulur.

Bununla bağlı açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu dəyişiklik Nazirlər Kabinetinin "Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda etdiyi qərara əsasən həyata keçiriləcək.

K.Qasımov deyib ki, bu mərkəzdə turistlərə yerli yaradıcılıq nümunələri, xalçalıq, daş üzərində oyma, toxuculuq nümayiş etdiriləcək:

"Onlar yerli sənətkarlarla birgə bütün yaradıcı prosesdə iştirak edə biləcəklər. Nəticədə, yerli əhali həm turizm zəncirinə qoşularaq gəlir əldə edəcək, həm də mədəni irsimiz təbliğ olunacaq".

Agentlik rəsmisi əlavə edib ki, yaxın günlərdə müvafiq işlərə başlanacaq:

"Çünki mərkəzin lahiyələndirilməsi işləri görülməlidir. Ondan sonra digər işlər həyata keçiriləcək".

Oxu.az

Oxşar xəbərlər
OTACI