Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

14 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Bu mərhələdə 23 min 609 namizəd iştirak edib, onlardan 14 min 3 namizəd elektron ərizəsini təsdiqləyib.

Təhsil Nazirliyindən Press.az-a bildiriblər ki, vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlanır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

Oxşar xəbərlər
OTACI