logo
First slide

Ermənistan XİN-dən daha bir - TƏXRİBAT

14 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan növbəti dəfə təxribat xarakterli bəyanatla çıxış edib.

Ermənistan mətbuatının məlumatına görə, Mnatsakanyan Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı deyib ki, Baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi fikirlər həqiqətdir.

“Baş nazir hər şeyi dedi. Deyilənlərə nəsə əlavə etməyə, yenidən oxumağa ehtiyac yoxdur”, - deyə Mnatsakanyan bildirib.

Mnatsakanyan qeyd edib ki, Ermənistan tərəfindən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur.

Bildirək ki, Ermənistanın bir tərəfdən “sülh”dən danışması, digər tərəfdən isə qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə aparılan danışıqların mahiyyətinə ziddir.

Qeyd edək ki, Nikol Paşinyan avqustun 5-də Xankəndidə demişdi ki, Dağlıq Qarabağa Ermənistanın ayrılmaz tərkib hissəsidir.

Oxu.az

Oxşar xəbərlər