Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb

14 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb

Press.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisində “Lada Priora” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlayan Abşeron rayon sakini olan yeniyetmə saxlanılıb.

Araşdırma zamanı onun daha bir avtomobildən, içərisində 60 manat olan pul kisəsi, 2 ədəd qidalandırıcı qurğu və mobil telefon oğurlaması məlum olub.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisində bir avtomobildən 350 manat pul oğurlayan Şəmkir rayon sakini olan yeniyetmə saxlanılıb.

Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini V.Əhmədova məxsus “QAZel” markalı avtomobildən 40 manat pul oğurlayan Ağdam rayon sakini S.Əliyev saxlanılıb.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki 4 avtomobilin 
yan güzgülərini oğurlayan Bakı şəhər sakini V.Musayıbov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI