Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ”da növbəti itkilər

14 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Çempionar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa ciddi itkilərlə çıxacaq.

Press.az xəbər verir ki, Riçard Almeyda və Rahil Məmmədov bu matçı buraxacaq.

Hər iki futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin bu gün APOEL-lə keçirilən cavab matçında cəzalı duruma düşüb. Gənc müdafiəçi sarı vərəqə limitini doldurubsa, braziliyalı yarımmüdafiəçi qırmızı vərəqə alaraq cəzalandırılıb.

Xatırladaq ki, Ağdam klubunun digər müdafiəçisi Bədavi Hüseynov və yarımmüdafiəçisi Filip Ozobiç zədəlidir.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsində  "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun avqustun 22-də səfərdə, cavab matçı bir həftə sonra Bakıda olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI