Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

14 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır.

Avqustun 15-dən “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” istifadəyə veriləcək.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb. Əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. 

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

Report

Oxşar xəbərlər
OTACI