Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərbaycan Dəmir Yolları” Biləcəri stansiyasında post növbətçisinin ölümü ilə bağlı açıqlama yayıb

14 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb. 

Press.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Ə.Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Allah rəhmət eləsin!

Oxşar xəbərlər
OTACI