Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub

14 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Global Finance” jurnalı dünya ölkələrinin Mərkəzi banklarının sədrlərinin yer aldığı “Central Banker Report Cards 2019” hesabatını yayımlayıb.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov hesabatda “B” kateqoriyasında yer alıb.

“A”dan “F”dək kateqoriyalaşdırılan sədrlərin siyahısına 94 ölkənin baş bankiri salınıb. Hesabatın hazırlanmasında inflyasiyanın nəzarətdə saxlanılması, iqtisadi inkişaf, sabit məzənnə və faizlərə nəzarət əsas prinsip olaraq götürülüb.

“A” kateqoriyasında Bolqarıstan, Avropa İttifaqı, İslandiya, Rusiya, Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Tayvan, Gürcüstan, Botsvana, Misir, Küveyt, Livan, Mərakeş, Qətər və Səudiyyə Ərəbistanının Mərkəzi banklarının sədrləri qərarlaşıb. “F” kateqoriyasında isə sadəcə Venesuela var.

Elman Rüstəmovun da yer aldığı “B” kateqoriyasına Baham adaları, Kanada, Kolumbiya, Dominikan, Şərqi Karib Mərkəzi Bankı, Ekvador, Salvador, Paraqvay, Peru, Belarus, Çexiya, Macarıstan, Norveç və İsveçin baş bankirləri daxildir.

Region ölkələrindən Gürcüstan “A” kateqoriyasında yer alıb. İran, Türkiyə və Ermənistan isə siyahıya daxil edilməyib.

Qeyd edək ki, E.Rüstəmov ötənilki siyahıda da “B” kateqoriyasında idi.

Oxu.az

Oxşar xəbərlər
OTACI