Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

13 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Press.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edib.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

13 avqust

20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr) -0:2

Qollar: De Vinsente, 34-pen. Uroş Matiç, 68

Qırmızı vərəqə: Almeyda, 90+4

Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 2:1.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI