Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

13 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Baş naziri Novruz Məmmədov “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.

Press.az-ın məlumatına görə, dəyişiklik “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Oxşar xəbərlər
OTACI