Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə ilə Azərbaycan arasında birbaşa hava dəhlizi açılır

10 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədəki aeroportlarla Azərbaycanın Naxçıvan bölgəsindəki hava limanı arasında birbaşa hava dəhlizinin açılması üçün işlər başa çatdırılıb.

Press.az “Hürriyət”-ə istinadən xəbər verir ki, bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib. Onun sözlərinə görə, hava dəhlizi bu il avqustun 15-də açılacaq. H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub: “Bununla da, əvvəllər İran və Ermənistan üzərindən həyata keçirilən reyslər birbaşa dəhliz vasitəsilə baş tutacaq”.

Oxşar xəbərlər
OTACI