Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sərhəddə düşmən təxribatı: Hərbi maşınımız atəşə tutuldu - FOTO

29 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

DSX-dən Press.az-a verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərə-findən növbəti dəfə atəşə tutulmuşdur.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəymişdir.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

Oxşar xəbərlər
OTACI