Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir - VİDEO

27 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

6 minədək insan Gədəbəydə Düzyurd-Miskinli yaylağında keçirilən, keçmiş milli-mədəni və mənəvi dəyərlərimizi, zəngin və çoxəsrlik mədəni irsimizi, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətini özündə cəmləşdirən Milli Yaylaq Festivalına toplaşıb.

Festivalın açılış mərasiminə təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb. Bilal Ərdoğan keçirilən tədbirin milli-adət ənənələrin qorunub saxlanması baxımından böyük önəm daşıdığına diqqət çəkib.

Bilal Ərdoğan festival çərçivəsində ox atmaqda da öz bacarığını nümayiş etdirib.

Festival şərti olaraq mədəni-etnoqrafik, milli idman oyunları, eko-etnoturizm adlı 3 hissədən ibarətdir. Festival iştirakçıları birinci günorijinal üslubda salınan "Yaylaq yurdu" adlı etno-qəsəbədə yaşayış yurdları,"Dədə Qorqud" ocağı, sənətkarlıq guşəsi, yaylaq yatağı, yaylaq süfrəsi, milli musiqi, milli rəqslər, yorğa at yarışları, ox atma və digər tematik sahələrlə tanış olublar.

Yaylaq festivalının eko-etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı da yaradılıb. Burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar.

Festival müddətində Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları olacaq. Milli Yaylaq Festivalı iyulun 28-nə kimi davam edəcək.

Xezerxeber.az 

Oxşar xəbərlər
OTACI