Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Suraxanıda bir mənzildə 15-ə yaxın heyvan saxlanılır - Bina sakinləri narazıdır - VİDEO

20 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Günəşlidə bir qrup sakin mənzildə heyvan saxlayan qonşularının əlindən təngə gəliblər. Bina evində nə az nə çox, 10-a yaxın küçə iti və 5 pişik saxlayan qadın bu azmiş kimi mənzilinin girişinə də zibil qalaqlayıb. Qonşular itlərin hürməsindən və yaşadıqları bloku üfunət bürüməsindən şikayətçidirlər.

15-ə qədər küçə iti və pişik bina sakinlərinin rahatlığını pozub.

Söhbət Suraxanı rayonu, Yeni Günəşli "AB" massivi 143 ünvanından gedır.

Sözügedən binanın 30 nömrəli mənzilində yaşayan Xuraman Quliyeva yaşadığı evdə 10-a yaxın it və 5 pişik saxlayır. Heyvanları yedizdirmək üçün yığdığı zibilləri ətrafa səpən qadın binada yaşayışı dözülməz həddə çatdırıb. Üfunət və itlərin səsindən qonşular mənzillərində rahat yaşaya bilmirlər.

Biz də sakinlərlə birgə adı çəkilən mənzilə qalxdıq. Qapını döysək də Xuraman Quliyeva adlı şəxs qapını açmadı. Suallarımızı isə qapı arxasından cavablandırdı.

Qonşular deyirlər ki, 10 ilə yaxındır bu vəziyyətdən əziyyət çəkirlər. Dəfələrlə 33 nömrəli polis bölməsinə və 68 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət ediblər.

68 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Mehbalı Cəfərov "Xəzər Xəbərə" bildirdi ki, vəziyyətdən xəbardardırlar. Sakinlərin müraciətinə baxılıb. Həmin mənzilə dəfələrlə işçilər göndərilib, təmizlik işləri aparılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xezerxeber.az

Oxşar xəbərlər
OTACI