Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Anası tərəfindən şiddət görən uşaq evdən qaçdı - FOTO

20 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeronda azyaşlı anası tərəfindən mütəmmadi şiddət gördüyü üçün evdən qaçıb. 

Bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat verib. 

O bildirib ki, Tunar adlı azyaşlı Abşeron Polis İdarəsinin əməkdaşı tərəfindən Birliyə gətirilib: 

“Doqquz yaşı var, dörd gündür evdən qaçıb. Dediyinə görə, evdən qaçmasına səbəb anası tərəfindən mütəmadi olaraq şiddət görməsidir. Bədənində yetərincə izlər də var. Çapıq, kəsik izlərini Tunarın dediyinə görə, anası xəsarət yetirərkən alıb. Sumqayıtda, Xırdalanda kirayələrdə yaşayıblar. Tunar iki gün polis əməkdaşları ilə həmin ərazilərə aparılıb, ancaq anası tapılmayıb. Anasının adı Aysel, atasının adı Rasimdir. Soyadı Əhmədlidir”.

K.Ağazadə sonda qeyd edib ki, Tunarı tanıyanlardan +994555260888 nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.

 

 

Oxşar xəbərlər
OTACI