Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Getdiyi toylara pul yazdırmır, kitab hədiyyə edir - Gənc blogerdən maraqlı təşəbbüs - VİDEO

20 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gənc bloger Sərxan Rüstəmov getdiyi toylara pul yazdırmır. Onun əvəzində bəy-gəlinə kitab hədiyyə edir.

O, bununla toylarda fərqli ənənənin formalaşacağına inanır. Artıq bir neçə aydır ki, getdiyi toylarda bu addımı atır. İnsanları bu kampaniyaya cəlb etmək üçün sosial şəbəkələrdə ''Toya kitab at'' adlı trendin əsasını qoyub.

Sərxan Rüstəmov deyir ki, bu təşəbbüsü reallaşdırmazdan əvvəl toydakı insanların, xüsusilə də bəy və gəlinin buna necə reaksiya verəcəyini də nəzərə almaq lazımdır. O, bu kampaniya vasitəsilə insanları kitab oxumağa təşviq etmək istəyir.

Sərxan Rüstəmov bildirir ki, kampaniyaya başladıqdan sonra müsbət qiymətləndirənlər olub. Bir sıra şəxslər də eyni addımı atacaqlarını qeyd ediblər. Amma neqativ yanaşanlar da var.

Gənc bloger təşəbbüsünün geniş yayılacağına ümid edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xezerxeber.az

Oxşar xəbərlər
OTACI