Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada nazirlikdən təklif: Pivə spirtli içki sayılmasın

20 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Sənaye və Ticarət Nazirliyi pivənin alkoqol məhsulu hesab edilməməsi təklifi ilə çıxış edib.

Press.az RBK-ya istinadən xəbər verir ki, sözügedən təklif nazirliyin 2019-2025-ci illər üçün nəzərdən tutulmuş ticarətin inkişaf strategiyası planında yer alıb.

Məqsəd pivəni hazırda bütün alkoqol məhsulları üçün tətbiq edilən məhdudiyyətlərdən azad etməkdir. Nazirlik strategiya layihəsini razılaşdırılması üçün müvafiq qurumlara göndərməyə hazırlaşır.

Qeyd edək ki, 2012-ci ildə pivə və tərkibində 0,5 faizdən çox spirt olan digər içkilər (kvas və kefir istisna olmaqla) alkoqol içkiləri ilə bərabər tutulub. Onu 2013-cü ildən kiçik dükanlarda satmaq olmaz. 2017-ci ildə isə pivələrin 1,5 litrlik plastik butulkalarda satışına qadağa qoyulub.

Oxşar xəbərlər
OTACI