Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdə rayonunda oğurluq edən 5 nəfər saxlanılıb

20 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə rayonunda oğurluq edən 5 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən iyulun 17-də rayon ərazisindəki evdən 2 ədəd xalça, 1 ədəd televizor və kamança oğurlayan şəhər sakinləri X.Vəzirov və S.Novruzov saxlanılıblar.

 
Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də şəhər ərazisindəki anbardan 50 metr rabitə 
kabeli oğurlayan şəhər sakini V.Abdullayev saxlanılıb.

RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də artezian quyulardan birini elektrik enerjisi ilə təmin edən 
naqilin 120 metrlik hissəsi kəsib, oğurlayan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Y.Qasımov və İ.Əhmədov saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Oxşar xəbərlər
OTACI