Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polad Bülbüloğlu Moskvada Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib

19 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Rusiya Federasiyasının İdman və Gənclər Siyasəti naziri Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Dünyanın 62 yığma komandasının, o cümlədən Azərbaycan gimnastlarının qatıldığı çempionatın açılışında Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova və Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyadan olan nümayəndəsi Morinari Vatanabe çıxış ediblər.

Report 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI