Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Otto Hauzer: "Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaq istəyirik"

19 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Biz musiqi sahəsində Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaq istəyirik".

Bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Diasporla İş üzrə Dövlət Komitəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Almaniyada xeyli sayda azərbaycanlı tələbə və elmi işçi təhsilini davam etdirir: "Bizim əsas məqsədlərimizdən biri də musiqi sənətini öyrənmək üçün Almaniyadan Azərbaycana gələnlərin sayını artırmaqdır. Azərbaycan musiqisi, xüsusilə muğam dərin bir sahədir. Buna görə də xaricilər musiqi sahəsində Azərbaycandan çox şey öyrənə bilərlər. Almaniyada Alman və Azərbaycan orkestrlərindən ibarət birgə görüşlər və tədbirlər keçirməyə çalışacağıq".

Qeyd edək ki, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb.

Report

Oxşar xəbərlər
OTACI