Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərbildə türk diplomatlarını öldürənin bacısı HDP-nin deputatıdır

19 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İraqın Ərbil şəhərində restorana hücum edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Dersim Dağın böyük qardaşıdır.

Press.az xəbər verir ki, məlumatı İHA yayıb.

İraqın şimalındakı kürd muxtariyyətinin təhlükəsizlik idarəsi bildirib ki, restoranda terrorun törədilməsində iştirak edənlərdən biri - Mazlum Dağ 1992-ci ildə Türkiyənin Diyarbakır əyalətində anadan olub.

Onun Türkiyə parlamentinin üzvü, HDP-çi Dersim Dağın qardaşı olduğu müəyyən edilib.

İddia olunur ki, Mazlum Dağ terrorçu PKK qruplaşmasına təzyiq edərək bacısı Dersim Dağın deputatlığa namizədlər siyahısına saldırıb. Dağlar ailəsi Diyarbakırda qeydiyyatda olsalar da, hazırda İstanbulda yaşayırlar.

Oxşar xəbərlər
OTACI