Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb - SƏRƏNCAM

11 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. 

Press.az-ın məlumatına görə, sərəncam Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi daşıyır. 

Sərəncamla Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb.  

Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Oxşar xəbərlər
OTACI