Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Azərbaycandan tonlarla meyvə-tərəvəz idxalına qadağa qoydu

10 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yoluxmuş tərəvəz, meyvə və giləmeyvələrin Rusiya ərazisinə gətirilməsinə icazə verilməyib.

Press.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti yayıb.

Dövlət sərhədinin Dağıstan hissəsində, Yaraq-Kazmalyar keçid məntəqəsində, 2019-cu il iyul ayının əvvəlindən Dağıstan Respublikasındakı Dövlət Fitosanitar Xidməti İdarəsinin mütəxəssisləri karantin ərazilərdə yoluxmuş məhsullar aşkar ediblər.

Beləliklə, Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxal olunmasına qadağa qoyulub.

Oxşar xəbərlər
OTACI