logo
First slide

Lerikdə 4 məntəqəni birləşdirən avtomobil yolu yenidən qurulur - FOTO

10 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Press.az-a verilən məlumata görə, hazırda layihəyə uyğun olaraq, avtoqreyderlə 18 min poqonmetr uzunluğunda küvetlərin açılması, müxtəlif diametrlərə malik 264 poqonmetrlik suötürücü dəmir-beton boruların quraşdırılması və izolasiyası aparılır. Daha sonra yol əsasının tikintisi işləri görüləcək və yola 2 laydan ibarət asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində tikinti işləri 200 min kvadratmetr sahəni əhatə edir.

Yolboyu 69 yol nişanı və məlumatverici lövhə, 42 ədəd kilometr göstəricisi, 320 siqnal dirəyi quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolu Lerikin şəhər mərkəzinə çıxışı təmin etməklə 4 min nəfərədək əhalinin yaşadığı 4 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Oxşar xəbərlər