Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Pişiyin əli ətə çatmayanda deyir iylənib" - Günelin sözü başına bəla oldu - FOTO

24 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Günel Zeynalovanın "5/5"də Talıb Tale barədə "O, kimdir? Tanımıram" ifadələrinə, qarşı tərəfdən növbəti cavab Talıbın prodüseri Nicat İsmayıloğlundan gəlib.

Press.az Milli.Az-a istinadən xəbər verir ki, prodüserin dedikləri Talıbın cavabından sərt alınıb.

Nicat Günelin Talıb vasitəsi ilə gündəmdə qalmaq istədiyini iddia edib:

"Talıbı çox adam efirdən tənqid edir - "Tanımırıq". Bu yaxında da efirlərin birində dedilər tanımırıq. Sadəcə mən belə bir şey deyəcəm ki, "Pişiyin əli ətə çatmayanda deyir iylənib". Yaxşı, Talıbı tanımırlarsa, 20 milyon bir mahnıya baxırsa, bir ildə Bakı şəhərində 4 böyük konsert verirsə və bütün konsertləri anşlaq olursa, necə tanınmaya bilər?! Bütün media, hər kəs o konsertlərdən danışır. Onlar sadəcə Talıbla gündəmə gəlmək istəyirlər. Çünkü bu gün Talıb var. Talıbı tanımayan insanlar solo konsertini göstərsin ki, mən bu qədər kütləni yığdım. Yoxdur, ortada heç bir şey yoxdur. 

Damla, Şəbnəm, Üzeyir - hamısı dostlarımızdır. Sadəcə, mən belə düşünürəm ki, Talıbla gündəmə gəlmək istəyirlər. Talıb qalmaqaldan uzaq olan bir adamdır. Talıbı bəyənməyən insanlara belə bir sual vermək istəyirəm ki, Talıb qədər onların da sevənləri varmı? Ola bilər kimsə 30 günün 20 gününü toy oxusun, amma necə toy oxuyur?! Zəng edirlər, Rusiya, İsrail, İsveç, Almaniya, Amerika. Onların heç birini biz ortaya çıxartmırıq ki, Talıb buralarda el məclislərində, konsertlərdə olur. Keçən il İsrailin üç şəhərində konserti oldu. Yaxşı, Talıbı azərbaycanlı, öz xalqının nümayəndəsi tanımırsa, yad millət necə tanıyıb öz ölkələrinə dəvət edir bəs? Və getdiyimiz o məclislərdə bizi bəyənməyən insanları görmürük".

Qeyd edək ki, Günel Zaurun verilişində "Üzeyiri Türkiyədə çox sevirlər. Yeri gələndə Damlaya, Şəbnəmə də qulaq asıram. Talıb kimdir? Tanımıram!" demişdi.

Xatırladaq ki, Talıb Günelin ifadəsinə "Mən ona deyə bilmərəm "Məni niyə tanımırsan?". Qadındır, durub ona nə cavab verim?! Amma qərəzli də ola bilər. Lakin niyə qərəzli olsun ki? İnanmıram nəsə... Vallah onunla heç vaxt üz-üzə gəlməmişik biz. Heç bir tanışlığımız da yoxdur. Bir vaxt bəlkə Tunarla mənim konfliktim var idi, mən təzə çıxanda mənim mahnım ("Gecəmiz") onun adına çıxmışdı, "Space"də efirə getmişdi. Nə isə olsa, bir dənə ondan ola bilər. Mahnıya onun adı yazılmışdı. Mən də çıxdım açıqlama verdim ki, oxuyan Tunar deyil, mənəm! Günelin o reaksiyası bu məsələdən qaynaqlana bilər" cavabını vermişdi.

Oxşar xəbərlər
OTACI