Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MN şöbə müdiri: Şəhidimizə verdiyimiz qiymət ermənilərdə şok yaratdı

20 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan ordusunda vəziyyətin acınacaqlı olmasının Aprel döyüşlərində bir daha şahidi olduq.

Bunu Müdafiə Nazirliyinin şöbə müdiri Rauf Dəmirov deyib. 

Onun sözlərinə görə, Aprel döyüşləri ərəfəsində elə bir hala rast gəlindi ki, bu faktla bir daha onların biabırçı vəziyyətdə olduqlarını gördük:

“Aprel döyüşlərində həlak olan erməni əsgərlərini onlara təhvil verəndə cəsədi sürüyə-sürüyə aparırdılar. Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfdən döyüşən əsgər idi. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda cəsədləri qarşı tərəfdən alarkən hərbi təzim edib, çiyin bərabərində qaldırıb sıra adddımı ilə maşına qədər apardıq. Bu isə ermənilərdə böyük şok yaratdı. Bu, bizim şəhidimzə verdiyimiz qiymət idi”.

Nazirlik rəsmisi qeyd edib ki, Ermənistan tərəfi ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar yaradırlar:

“Son zamanlar atəşkəs daha tez-tez pozulur. Azərbaycan Ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki, Azərbaycan Ordusu istər silah baxımından, istərsə də şəxsi heyətin mənəvi-psixoloji baxımından erməni ordusundan qat-qat yüksəkdir”.

Oxu.az

Oxşar xəbərlər
OTACI