Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabiq avstriyalı nazir Putini toyuna necə dəvət etdiyini açıqladı

15 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl Rusiya prezidenti Vladimir Putini toyuna necə dəvət etdiyini açıqlayıb. 

O, “Puls-4” telekanalının efirində bildirib ki, bu barədə qərarını Putinin 2018-ci ilin iyununda Vyanaya səfəri zamanı verib. 

Sabiq nazir Putinə dəvətnaməni İncəsənət tarixi muzeyində təqdim etdiyini deyib. Həmin vaxt muzeydə sərginin açılışı keçirilirdi. Açılışda Rusiya və Avstriya prezidentləri iştirak edirdi.

“Sonuncu dəvətnamə qalmışdı. Ərimdən bu dəvətnaməni Putinə verməyimiz barədə nə düşündüyünü soruşdum. Axı bu maraqlıdır: 50-dən çox yaşımız var və biz ilk dəfə ailə qururuq”, - deyə o vurğulayıb. 

Nəticədə cütlük sonuncu dəvətnaməni Putinə təqdim etmək qərarına gəlib. 

Oxşar xəbərlər
OTACI